Birləşmiş ittifaqın sədri kim olacaq? - Rasim Balayevdən açıqlama

Birləşmiş ittifaqın sədri kim olacaq? -
"Kino ittifaqına kimin rəhbərlik edəcəyini bilmirəm”.

GUNDEMİNFO.AZ xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) ilə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının birləşməsindən danışarkən deyib.

Rasim Balayev iki ittifaqın birləşməsinin tərəfdarı olduğunu bildirib:

"Yəqin ki, yenidən seçki keçiriləcək. Seçki prosesi hardasa 1-2 ay uzanacaq, çünki hazırlıqlar olmalıdır. Bu işlər vaxt tələb edir. Bütün hallarda mən bu birliyin tərafdarı idim, iki ittifaq ayrı-ayrı fəaliyyət göstərə bilməz”.

Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) ilə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) vahid ad altında birləşib.

Xatırladaq, Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri Xalq artisti Rasim Balayev, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) sədri isə Xalq artisti Şəfiqə Məmmədovadır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
563 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...