İstanbula dair bədbin zəlzələ proqnozu - "7 baldan çox olacaq, 7 vilayət ziyan çəkəcək"

İstanbula dair bədbin zəlzələ proqnozu -
Alimlər İstanbulda və Mərmərə dənizində maqnitudası 7 baldan çox olan güclü zəlzələ olacağını proqnozlaşdırırlar.

Musavat.com xarici mediaya istinadla bildirir ki, bu barədə seysmologiya professoru, İstanbul meriyasının zəlzələlər üzrə elmlər şurasının üzvü Haluk Eyidoğan bildirib.

Mətbuat bu həftə şuranın daha bir üzvü olan alim Naci Geryurun İstanbulda baş verə biləcək zəlzələ ilə bağlı açıqlamasını dərc edib. Onun sözlərinə görə, Şimali Anadolu fay xəttinin qollarından biri İstanbul sahillərindən, Mərmərə dənizindən keçir.

“Proqnozlara görə, qırılmanın aktivləşməsi halında Mərmərə dənizində güclü zəlzələ baş verəcək. 2030-cu ilə qədər belə zəlzələnin baş vermə ehtimalı təxminən 50 faizdir, nəticə bu regionda 2000 illik zəlzələ tarixinin öyrənilməsinə və geofiziki və seysmik tədqiqatların nəticələrinin təhlilinə əsaslanır”, - ekspert izah edib.

“Cənab Geryurun sözlərində yeni heç nə yoxdur, alimlər zaman-zaman belə bir təhlükəni ictimaiyyətə xatırladırlar. Məqsəd qorxutmaq deyil, biz sadəcə olaraq insanlara xatırladırıq ki, belə bir fəlakətə hazırlaşsınlar və gələcəkdə mümkün zərərin azaldılması üçün səlahiyyətli orqanlar əvvəlcədən lazımi tədbirlər görsünlər. İnsanlar tez unudurlar”, - ekspert qeyd edib.

Onun sözlərinə görə, hadisələrin mümkün inkişafının bir sıra ssenariləri hazırlanıb, İstanbul meriyası daha əvvəl mümkün qurbanların və çökə biləcək binaların sayını hesablayıb.

Eyidoğan qeyd edib ki, bütün Türkiyə zəlzələdən əhəmiyyətli dərəcədə mənfi iqtisadi təsir hiss edəcək, çünki İstanbul ölkənin ÜDM-nin 35 faizini təmin edir.

“Mərmərə dənizində baş verən zəlzələ eyni anda əhalisi 25 milyon nəfərdən çox olan 7 əyalətə təsir edəcək, nə qədər ziyan dəyəcəyini təsəvvür etmək belə çətindir. Tekirdağ, Çanaqqala, Yalova, Bursa və digər şəhərlərin sakinləri təhlükəsiz olduqlarını düşünə bilərlər, amma fəlakət bütün bölgəyə təsir edəcək, genişmiqyaslı olacaq”, - Eyidoğan izah edib.

Türkiyənin indiki şəhərsalma naziri Murat Kurum mart ayında Türkiyə hakimiyyəti İstanbulda zəlzələyə davamlı evlərdə yerləşən təxminən bir milyon yarım mənzilin sakinlərini köçürməyi planlaşdırır. İstanbul meri Əkrəm İmamoğlu şəhərin həddindən artıq məskunlaşması ilə bağlı problemləri əsas gətirərək bu planı tənqid edib.

Xatırladırıq ki, fevral ayında 55 mindən çox insanın öldüyü bölgədə bu günlərdə yeni zəlzələ baş verib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
502 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...