Zahid Oruc deputatın Penitensiar Xidmətlə bağlı dediklərini araşdıracaq - MƏN DƏ TƏƏCCÜBLƏNDİM
Milli Məclisin İnsan Hüquqları Komitəsinin iclasında deputat Naqif Həmzəyevin Gəncə və Lənkərənda inşa olunmuş Penitensiar Müəssisələrin istifadəyə verilməməsi , həmçinin vəkillərin həbs yerlərinə PCR testi vermədən buraxılmaması barədə dedikləri medianın və sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
Qeyd edək ki, Naqif Həmzəyev çıxışında dövlətin böyük vəsaitləri hesabına inşa olunan, amma yarımçıq qalan yeni Penitensiar Müəssisələrin istifadəyə verilməməsinin səbəblərinin araşdırılmasını istəyib.
Deputat, həmçinin çıxışında pandemiya dövrününün geridə qalmasına baxmayaraq, hələ də vəkillərin həbs yerlərinə PCR testi ilə girdiyini və bunu ciddi problem olduğunu deyib.
Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc Gununsesi.info açıqlamasında millət vəkilinin qaldırdığı problemin ciddi olduğunu bildirib:
“Mən komitə sədri olaraq Ədliyyə Nazirliyinin rəhbərliyi ilə yeni inşa olunmuş, amma istifadəyə verilməyən müəssisələrlə bağlı məsələni araşdıracam. Hesab edirəm ki, dövlətin vəsait ayırıb tikdiyi bu müəssisələrin istifadəyə verilməsi prosesi həllini tapmalıdır. Dövlət əmlakı orada korroziyaya uğrayır, aşınır. Bir tərəfdən dövlət vəsaiti ayırıb. Digər tərəfdən bu tikili insanların gözü qarşısında yöndəmsiz mənzərə yaradır və insanlara o qədər də təbii ki, yaxşı təsir etmir. Bu müəssisələr istifadəyə verilsə, həqiqətən də Bakının da yükü azalar. Bu həm məhkumların ailələri üçün də onları ziyarət etmək asan olar”.
Zahid Oruc vəkillərin hələ də həbs yerlərinə PCR testi verərək getməsinə də toxunub:
“Bu barədə eşitdiyim məni təəccübləndirib. Dövlət orqanların hamısına daxil olarkən, artıq bu qaydalar ləğv edilib və belə bir sərt yoxdu. Bu gün nə üçün o tələbM Penitensiar Xidmətdə saxlanılır? Mən də bunu bizim qurumlarla araşdıracam. Dəfələrlə müxtəlif tədbirlərinə, görüşlərinə qatılıram. Penitensiar sistemin müəssələrinə baş çəkirik , ziyarət edirik. Yaxşı əməkdaşlığımız var.
Bu şəraitdə məsələni aydınlaşdıracayıq və bu barədə də cəmiyyətə məlumat verəcəyik”.
520 dəfə oxundu