Türkiyə Suriyada quru əməliyyatlarına başlayır

Türkiyə Suriyada quru əməliyyatlarına başlayır
Türkiyə Silahlı Qüvvələri Suriyada hava əməliyyatından sonra quru əməliyyatlarına başlaya bilər.

Modern.az xəbər verir ki, bu barədə “Yeni Şafak” qəzeti Türkiyə hökumət dairələrinə yaxın mənbələrə istinadən yazıb.

"Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi hava əməliyyatı mümkün quru əməliyyatının ilk addımı hesab olunur”,- qəzet bildirib.

Qeyd edək ki, bundan əvvəl Türkiyə Müdafiə Nazirliyi Suriya və İraqın şimalında terrorçulara qarşı hava əməliyyatı keçirdiyini və 89 hədəfin məhv edildiyini açıqlayıb. Ölkə daxilində 6 fərqli bazadan havaya qalxan təyyarələrin Suriya və Şimali İraqdakı hədəflərə qarşı eyni vaxtda əməliyyat keçirdiyi bildirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
475 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...