Ermənistanda hərbçilər arasında atışma olub, ölən var

Ermənistanda hərbçilər arasında atışma olub, ölən var
Ermənistan silahlı qüvvələrinin hərbçisi xidmət yoldaşı tərəfindən açılan atəş nəticəsində ölüb.

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb.

Hadisə noyabrın 15-də hərbi hissələrdən birində qeydə alınıb.

Belə ki, 2002-ci il təvəllüdlü Vaqe Ovsepyan hərbçi yoldaşı tərəfindən açılan atəş nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
516 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...