Bayden Balidə keçirilən G20 sammitinin ilk iclasına gecikdi - VİDEO

Bayden Balidə keçirilən G20 sammitinin ilk iclasına gecikdi -
ABŞ Prezidenti Co Bayden G20 sammitinin keçirildiyi məkana gecikib.

Amerika lideri təxminən yarım saat gec gəlib.

Ərzaq və enerji təhlükəsizliyinə həsr olunmuş birinci sessiyanın yerli vaxtla saat 09:30-da başlaması planlaşdırılırdı. Nəticədə bütün iştirakçılar zalda Baydeni gözləməli olublar. Onsuz sessiyanın başlanması mümkün deyildi.

Bayden keçən həftə Kambocanın paytaxtı Pnompendə Şərqi Asiya Sammitinin açılışına da gecikmişdi.

G20-nin hazırkı sammitinin iştirakçıları ərzaq və enerji təhlükəsizliyi, rəqəmsal transformasiya prosesi və səhiyyə məsələləri ilə bağlı məsələləri müzakirə edəcəklər.

İclas noyabrın 16-dək davam edəcək.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
469 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...