Rusiya Ukraynada 1 400-dən çox zabitini itirib

Rusiya Ukraynada 1 400-dən çox zabitini itirib
Müharibənin 8 ayı ərzində Rusiya 1 400-dən çox zabitini itirib.

“Report” Ukrayna Silahlı Qüvvələrinin Strateji Kommunikasiyalar Mərkəzinə istinadən xəbər verir ki, onların arasında 12 general da var.

“Ukraynada Rusiyanın 1 402 zabiti öldürülüb (bu, gündə təxminən 5,7 nəfər deməkdir). Üstəlik, yüksək rütbəli zabitlər ümumi göstəricinin 26 %-ni təşkil edir”, - mərkəz bildirib.

Beləliklə, müharibə başlayandan bəri 12 general (bir ordu generalı, bir general-polkovnik, iki general-leytenant, səkkiz general-mayor), 44 polkovnik, 98 polkovnik-leytenant, 193 mayor, 279 kapitan, 471 baş leytenant, 235 leytenant və 72 digər rütbəlilər zərərsizləşdirilib.
Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
318 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...