Hulusi Akar: “Türkiyə bayrağı altında üzən gəmilər Ukraynadan ərzaq ixracına davam edəcək”

Hulusi Akar: “Türkiyə bayrağı altında üzən gəmilər Ukraynadan ərzaq ixracına davam edəcək”
“Türkiyə bayrağı altında üzən quru yük gəmiləri Rusiyanın “taxıl sazişi”ndə iştirakının dayandırılmasına baxmayaraq, Ukraynadan ərzaq ixracına davam edəcək”.

“Report” xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

O bildirib ki, Türkiyə Rusiya limanlarından taxıl və gübrə ixracına başlamaq üçün səylərini davam etdirir:

“Dünəndən etibarən Ukrayna limanlarından çıxan və dənizdə olan gəmilər səfərlərinə davam edir. Türkiyə bayrağı altına üzən gəmilərin çıxışında heç bir problem yoxdur. Onlar çıxmağa davam edir”.

H. Akar həmçinin “taxıl sazişi”nin icrasının davam edəcəyinə əminliyini ifadə edib: “Bu istiqamətdə irəliləyiş davam edir. Mövcud məlumatları qiymətləndirərək, bu razılaşmanın davam etdiriləcəyinə inanırıq. Bundan əlavə, Türkiyə yaxın iki gündə Rusiyadan taxıl sazişi ətrafında yaranmış vəziyyətlə bağlı cavab gözləyir.

Tərəflər arasında razılaşma var ki, limanlardan yalnız taxıl çıxmalı, dəhliz humanitar yardım üçün istifadə olunmalıdır. Rusiyanın müdafiə naziri Sergey Şoyqu verdiyimiz məlumatlar çərçivəsində öz səlahiyyətliləri ilə danışıqları davam etdirir. Bu gün və ya sabah onlardan cavab gözləyirik”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
392 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...