Türkiyəli səyyahlar Zəngilana səfər ediblər

Türkiyəli səyyahlar Zəngilana səfər ediblər
Türkiyə Səyyahlar Klubunun 30 nəfərlik üzvünün işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura səfəri davam edir.

GUNDEMİNFO.AZ xəbər verir ki, APA-nın Qarabağ bürosunun xəbərinə görə, türkiyəli səyahətçilər Şuşa, Ağdam, Kəlbəcər və Laçından sonra Zəngilana səfər edib.

Gəzintiyə Zəngilan rayonunun Ağalı kəndindən start verilib. Qonaqlar Azərbaycan dövlətinin Zəngilanın erməni işğalından azad olunduqdan sonra Ağalı kəndinin bərpası, sakinlərin kəndə köçürülməsi və yaşaması ilə tanış olublar. Onlara Zəngilan rayonunda aparılacaq yenidənqurma və bərpa işləri və şəhərin baş planı haqqında məlumat verilib. Qonaqların Zəngilandan sonra Cəbrayıl rayonunun Xudafərin kəndinə getməsi planlaşdırılır.

Səfərdə iştirak edən heyətə Türkiyə Səyyahlar Klubunun prezidenti, dünyanın 50 əsas beynəlxalq səyahətçisindən biri hesab olunan Salman Arınc rəhbərlik edir.

Qeyd edək ki, ötən bir ildə dünyanın 4 əsas beynəlxalq səyahətçilər şəbəkəsinin (ETIC, MTP, TCC, Nomanmania) hər birinin rəhbərləri və tanınmış üzvləri səviyyəsində Qarabağ və Şərqi Zəngəzura ümumilikdə 4 dəfə böyük heyətlərlə səfərlər edilib. Bu səfərlərdə ümumilikdə 30-a yaxın ölkədən təxminən 200 beynəlxalq səyahətçi azad edilmiş ərazilərdəki vəhşiliklərlə, dağıntılarla, böyük bərpa və quruculuq işləri ilə yerində tanış olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
544 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...