Vladimir Putin KTMT-nin növbədənkənar sammitində iştirak edəcək

Vladimir Putin KTMT-nin növbədənkənar sammitində iştirak edəcək
Rusiya Prezidenti Vladimir Putin oktyabrın 28-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) növbədənkənar sammitinə videokonfrans formatında qatılacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Bildirilib ki, sessiyada 2022-ci il sentyabrın 15-də KTMT-nin Ermənistana göndərilmiş missiyasının işinin yekunu ilə bağlı müzakirə planlaşdırılıb.

Qeyd olunub ki, toplantıda Ermənistana yardım göndərilməsi üzrə birgə tədbirlərə də baxılacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
558 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...