Ukraynada həbsdə saxlanılan azərbaycanlı qazi Misir Qasımlının vəkili danışdı

Ukraynada həbsdə saxlanılan azərbaycanlı qazi Misir Qasımlının vəkili danışdı

Xəbər verdiyimiz kimi, II Qarabağ müharibəsi iştirakçısı Misir Qasımlı 1 il yeddi aydır ki, Ukraynada həbsdə saxlanılır.19 oktyabr və 20 oktyabr tarixlərində Ukraynada Vətən müharibəsi iştirakçısı Misir Qasımlının məhkəmələri keçiriləcək.

Bunu bir il yeddi aydır Ukraynada həbsdə saxlanılan azərbaycanlı qazi, Vətən müharibəsinin iştirakçısı, Misir Qasımlının vəkili Aygül Rəfiyeva ”Yeni Gundem”-ə açıqlamasında deyib.

"18 may tarixində seçilmiş həbs qəti imkan tədbirinin uzadılması ilə bağlı məsələyə baxılıb. Kiyev Apellyasiya Məhkəməsi Misir Qasımlının və Sübhan Quliyevin həbsdə saxlanılmasının qanunsuz olduğunu təsdiqləyib.Bu barədə qərar verib.

Lakin buna baxmayaraq ondan sonrakı prosesdə birinci instansiya məhkəməsi, yəni Obuxov Rayon Məhkəməsi onları həbsdən azad etmədi. Hazırda ayın 19-a növbəti məhkəmə prosesi təyin edilib.Məhkəmədə mahiyyəti üzrə işə baxılacaq. Onların həbsdən azad olunma məsələsi yenidən qaldırılacaq. Ayın 20-də isə seçilmiş həbs qəti imkan tədbiri üzrə şikayətə baxılacaq”.

Qeyd edək ki, Diaspor sədri Hikmət Cavadov özü şəxsən məhkəmədə iştirak edib .O şəxsi zaminliyə götürülmə ilədə bağlı məsələ qaldırsada təssüf ki. rədd edilib.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
230 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...