Xersonda ruslar istehkam tikmək üçün mülki əhalini qarət edirlər

Xersonda ruslar istehkam tikmək üçün mülki əhalini qarət edirlər

Xerson vilayətində rus işğalçıları yerli əhalini qarət etmək hesabına istehkamlar tikir.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı öz “Facebook” səhifəsində məlumat yayıb.
“Beynəlxalq humanitar hüququn bütün normalarını, müharibə qanunlarını və adət-ənənələrini pozan rus işğalçıları yerli əhalini qarət etmək hesabına istehkamlar tikirlər”, - məlumatda deyilir.
Qeyd olunub ki, Xerson vilayətinin Blaqodatnoye qəsəbəsində mühəndis istehkamlarını təchiz etmək üçün mülki şəxslərin şəxsi təsərrüfatlarından tikinti materialları və mülklərin metal konstruksiyaları götürülür.
Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat vermişdi ki, Rusiya Qvardiyası işğal olunmuş Xerson ətrafında müdafiə mövqelərini təchiz edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
402 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...