Son sutkada Ukraynada İran istehsallı 26 PUA məhv edilib

Son sutkada Ukraynada İran istehsallı 26 PUA məhv edilib
Ukraynanın cənubunda ötən sutka ərzində İran istehsallı 26 “Şahed” kamikadze dronu zərərsizləşdirilib.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat deyib.

Bildirilib ki, dronlar zenit-raket bölmələri və qırıcıların köməyi ilə məhv edilib.

Qeyd edək ki, daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Ukraynanın şəhərlərini İran istehsallı PUA-larla hədəf aldığını söyləyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
413 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...