Türkiyədə mübahisəli qanun layihəsi qəbul edildi: Sosial şəbəkə paylaşımına görə 3 il həbs...

  Türkiyədə mübahisəli qanun layihəsi qəbul edildi:
Türkiyə Böyük Millət Məclisi (TBMM) dezinformasiya hesab edilən media və sosial şəbəkə məlumatlarına görə 3 ilə qədər həbs cəzasını nəzərdə tutan qanun layihəsini qəbul edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə TRT dövlət telekanalı məlumat yayıb.
Qanun layihəsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi hakim Ədalət və İnkişaf Partiyasının (AKP) təşəbbüsü ilə parlamentə təqdim edilib.
Qeyd edək ki, ölkədə fəaliyyət göstərən aparıcı müxalifət partiyaları qanun layihəsinə qarşı çıxmış, sosial şəbəkələrdə isə bu addım ciddi müzakirələrə və tənqidlərə səbəb olmuşdu.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
476 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...