Belarus Ukrayna ilə sərhədə hərbi texnika toplayır

  Belarus Ukrayna ilə sərhədə hərbi texnika toplayır
Belarus Ukrayna ilə sərhədin 17 kilometrliyində yerləşən Qomel vilayətinin Yelsk rayonuna əlavə hərbi texnika yığır.

Yeniavaz.com UNIAN-a istinadla xəbər verir ki, bunu “Belaruski Qayun” monitorinq qrupu bildirib.

Məlumata görə, Yelskin Dövlət Avtomobil Müfəttişliyi və İcraiyyə Komitəsinin binası yaxınlığında tezliklə hərbi təlim keçiriləcək.

Bildirilib ki, oktyabrın 12-də şəhərə əlavə hərbi texnika karvanının gətiriləcəyi gözlənilir. Bununla əlaqədar bütün təşkilatlara texnikanın hərəkəti zamanı cib telefonları gəzdirmək qadağası qoyulub. Bu qadağanı pozanlar barədə uyğun qurumların əməkdaşlarına məlumat verilməsi, eləcə də əsas yollarda avtomobillə hərəkət etməmək tövsiyə olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
709 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...