Putindən İDDİA: Ukrayna “Türk axını”nı partlatmaq istəyib

Putindən İDDİA:
Rusiya Təhlükəsizlik Şurasının iclasında çıxış edən prezident Vladimir Putin Ukraynanın “Türk axını” qaz kəmərini partlatmağa cəhd etdiyini bildirib.

Gundeminfo.az xəbər verir ki, onun sözlərinə görə, Ukrayna tərəfindən Rusiyanın elektrik enerjisi və qaz infrastrukturunun sıradan çıxarılması üçün çoxsaylı təxribatlara həyata keçirilib.

Putinin iddiasına əsasən Ukraynanın xüsusi xidmət orqanlarının Rusiya qazını Qara dənizin dibi ilə Türkiyəyə çatdıran “Türk axını” kəmərinin bir xəttini də partlatmaq planı olub:

“Bu, obyektiv məlumatlar, o cümlədən terror aktını hazırlayan və artıq həbs olunmuş şəxslərin ifadələri əsasında sübuta yetirilib”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
565 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...