Kadırov indi də tibb işçilərini Ukraynaya göndərir

Kadırov indi də tibb işçilərini Ukraynaya göndərir
Bölgədən 500 tibb işçisi könüllü olaraq xüsusi hərbi əməliyyat zonasında işləməyə hazırdır.

Musavat.com xəbər verir ki, bu barədə Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov özünün telegram hesabında bildirib.

"Həkimlərimiz birbaşa həyat təhlükəsinə baxmayaraq, cəbhə xəttində ləyaqətlə xidmət etməkdə davam edirlər. Lazım gələrsə, Çeçenistan Respublikasının tibb işçiləri arasından daha 500 könüllü onlara qoşulmağa hazırdır ki, bu da onlara dərin hörmətə səbəb olur", - deyə Kadırov yazıb.

Çeçenistan lideri əlavə edib ki, Əhməd Kadırov adına Regional İctimai Fondu Luqanskdakı eyniadlı xəstəxananın maddi-texniki təchizatına və lazımi nəqliyyatın alınmasına 100 milyon rubldan çox töhfə verib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
548 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...