Kreml: Hazırda Rusiyada sərhədlərin bağlanması ilə bağlı qərar yoxdur

Kreml: Hazırda Rusiyada sərhədlərin bağlanması ilə bağlı qərar yoxdur
Hazırda Rusiyada sərhədlərin bağlanması ilə bağlı qərar yoxdur.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov qismən səfərbərlik fonunda sərhədlərin bağlanmasının mümkünlüyü ilə bağlı suala cavabında bildirib.

"Hazırda bu məsələ ilə bağlı qərar yoxdur", deyə Kremlin sözçüsü vurğulayıb.

Peskov ölkənin hansısa regionunda hərbi vəziyyətin tətbiqi ilə bağlı heç bir qərarın hələ qəbul edilmədiyini söyləyib.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
173 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...