Rusiyada dünənki mitinqlərdə 1400 insan həbs edilib

Rusiyada dünənki mitinqlərdə 1400 insan həbs edilib
Sentyabrın 21-də Rusiyada səfərbərliyə qarşı keçirilən etiraz aksiyalarında 1 400-dən çox insan saxlanılıb. Bu barədə hüquq müdafiəçiləri bildirib.

Qeyd edilir ki, saxlanılmalar 38 şəhərdə baş verib. Onların əksəriyyəti Sankt-Peterburq (565 nəfər), Moskva (536 nəfər) və Yekaterinburqun (48 nəfər) payına düşür.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin sentyabrın 21-də Rusiyada səfərbərlik elan edib. Hakimiyyət orqanları 300 000 insanı orduya çağırmağa söz veriblər. Ehtimal olunur ki, əvvəlcə orduda xidmət edən və ehtiyatda qalmaq üçün müqavilə bağlayanlar, sonra isə ehtiyatda olan kişilər orduya çağırılacaq. Bundan sonra bütün Rusiyada qərara etirazlar başlayıb.

Report



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
471 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...