Ərbəin mərasimində 100-ə yaxın iranlı həlak oldu

Ərbəin mərasimində 100-ə yaxın iranlı həlak oldu

İraqda Ərbəin mərasimi zamanı 100-ə yaxın İran vətəndaşı həlak olub.

Modern.az “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı İranın Bağdaddakı səfiri Məhəmməd Kazəm as-Sadiq açıqlayıb.

Onun sözlərinə görə, sözügedən İran zəvvarları yol-nəqliyyat hadisələri, xəstəlik və yaxud yaşlarının çox olması səbəbindən dünyalarını dəyişib.

O bildirib ki, bu il Kərbəla şəhərinə rekord sayda, yəni təqribən 3 milyon iranlı zəvvar gedib.

İraq hakimiyyətinin rəsmi məlumatlarına görə, 2022-ci ildə Ərbəində 21 milyondan çox insan iştirak edib ki, onların da 15 milyonu İraqın müxtəlif əyalətlərindən, qalanları isə xaricdəndir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
549 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...