Ukraynada ilk dəfə İran istehsalı olan PUA vurulub - FOTO

Ukraynada ilk dəfə İran istehsalı olan PUA vurulub -
Ukrayna Silahlı Qüvvələri tərəfindən ilk dəfə olaraq İranın zərbə dronu məhv edilib.

Rusiyanın İrandan aldığı pilotsuz uçan aparat (PUA) Xarkov vilayətinin bu yaxınlarda azad edilmiş Kupyansk şəhəri ətrafında vurulub.

“Bu, uzaqmənzilli “Shahed-136” kamikadze PUA-sıdır”, - Ukrayna tərəfinin məlumatında bildirilir.

Xatırladaq ki, daha əvvəl mətbuatda yayılan məlumatda qeyd olunurdu ki, Rusiya Federasiyası İrandan 1 000 ədəd pilotsuz uçuş aparatlarının alınmasına dair müqaviləyə imza atıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
632 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...