Rusiya Krım üzərində öz təyyarəsini vurdu?..-

Rusiya Krım üzərində öz təyyarəsini vurdu?..-
Rusiyalı blogerlər sosial şəbəkələrdə Rusiyanın "Su-34" qırıcısının Krım üzərində təsadüfən düşmədiyinə eyham vurublar.

Moderator.az "UNİAN"a istinadla bu barədə jurnalist Denis Kazanski məlumat yayıb.

"Figerbomber" təbliğat resursunda nəşrin müəllifi bazar günü, sentyabrın 11-də işğal olunmuş Krım yarımadasının üzərində qəribə təyyarə qəzasını xatırladıb.

İşğalçıların təyyarəsi sentyabrın 11-i səhər saat 6 radələrində Raznodelnenski və Krasnoperekopski rayonlarının sərhədində qəzaya uğrayıb. İddialara görə, "Su-34" meydançaya “eniş" edib və pilotlar isə katapültə edib paraşütlə enə bililər.

Lakin sonradan Rusiya resursları qəza yerində baş verən böyük yanğının videosunu yayıb. Rusiya Federasiyası hərbçilərinin taleyi ilə bağlı daha heç nə bildirilməyib.

Həmçinin qırıcının hansı şəraitdə düşdüyü barədə məlumat verilməyib.

"Fighterbomber" eyham vurub ki, görünür, "Su-34" Rusiya işğalçılarının özlərinin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.

"Bir daha deyim ki, bizim hava hücumundan müdafiəmiz bizim dostumuz deyil. Ukraynalıların hava hücumundan müdafiəsindən daha çox onlardan qorxun”, - deyə nəşrin rus müəllifi paylaşıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
511 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...