Niderland rus casusunun ifşa olunduğunu açıqladı

Niderland rus casusunun ifşa olunduğunu açıqladı
Niderland kəşfiyyat xidməti rus casusunun ifşa olunduğunu açıqlayıb.

Gundeminfo.az xəbər verir ki, “Reuters” məlumat yayıb. Agentliyin məlumatına görə, saxlanılan şəxs, Sergey Vladimiroviç Çerkasov aprel ayında məhkəmədə təcrübə keçmək üçün Braziliya vətəndaşı kimi Niderlanda getməyə cəhd edib.

Kəşfiyyat rəhbəri Erik Akerbumun sözlərinə görə, bu, uzunmüddətli GRU əməliyyatı idi. Niderland Baş Kəşfiyyat və Təhlükəsizlik Xidməti bildirib ki, özünü Viktor Müller Ferreyra kimi təqdim edən şəxs Niderland hava limanında saxlanılıb, arzuolunmaz elan edilib və növbəti reyslə Braziliyaya aparılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1013 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...