Gürcüstanda daha 511 nəfər koronavirusa yoluxub, 7 nəfər ölüb

Gürcüstanda daha 511 nəfər koronavirusa yoluxub, 7 nəfər ölüb

Gürcüstanda son həftə ərzində daha 511 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Mayın 30-dan iyunun 5-dək olan müddətdə daha 514 nəfər müalicə olunaraq sağalıb, 7 nəfər isə vəfat edib.

Qonşu ölkədə indiyədək COVID-19 infeksiyasına 1 658 240 yoluxma halı təsdiqlənib. Yoluxanların 1 640 802-si sağalıb, 16 835-i ölüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
566 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...