Türkiyə rəsmən bəyan etdi: "İraqdakı qoşunlarımız çıxarılmayacaq"

Türkiyə rəsmən bəyan etdi:


“Mosulda əsgərlərimizin sayını artırdıq. Bu, rutin bir addımdır və İŞİD hücumuna qarşı təhlükəsizliyi artırmaq məqsədi daşıyır”.

APA-nın “milliyet.com.tr” saytına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu deyib. O, Türkiyənin kiminsə torpağında gözü olmadığını vurğulayıb: “İraqa 1,5 ildən çoxdur hərbi təlim veririk. Sincarın azad olunması zamanı məhz bizim həmin təlim düşərgələrində təlim keçdiyimiz qüvvələr əsas rol oynadı. İndiyə qədər 2 min nəfərə təlim keçilib. Türkiyənin məqsədi bu bölgədə insanları terror təşkilatlarından qorumaqdır. Bu barədə İraq baş nazirinə məktub yazdım. Ən qısa müddətdə Bağdada səfər də edəcəyəm. Türkiyə hər yerə sülh aparır, biz hər yerdə terrora qarşıyıq”.

Türkiyə XİN-in sözçüsü Tanju Bilgiç isə İraqdakı türk hərbçilərini geri çağırmayacaqlarını, lakin əlavə qüvvə göndərməyi dayandırdıqlarını açıqlayıb. Xatırladaq ki, İraq hökuməti Türkiyədən 48 saat ərzində qüvvələrini İraq ərazisindən çıxarmasını tələb etmişdi. Ultimatumun vaxtı bu gün başa çatır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
974 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...