Sarkisyan korrupsiya ilə bağlı dindirilmək üçün çağırılıb

Sarkisyan korrupsiya ilə bağlı dindirilmək üçün çağırılıb

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan təqsirləndirilən şəxs qismində dindirilmək üçün Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə çağırılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə keçmiş dövlət başçısının vəkili Amram Makinyan “Facebook”da məlumat verib.
S.Sarkisyan iş qadını Silva Hambardzumyandan rüşvət almaqda ittiham olunur.
Xatırladaq ki, hələ 2018-ci ilin noyabrında biznesmen Silva Hambardzumyan keçirdiyi mətbuat konfransında Ermənistanın eks-prezidentləri Robert Köçəryan və Serj Sarkisyanı rüşvət almaqda ittiham edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
967 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...