"Taliban" Kabildəki tarixi kinoteatrı bağlayıb

"Taliban" Kabildəki tarixi kinoteatrı bağlayıb
Əfqanıstanda hakimiyyətdə olan “Taliban” hərəkatı ölkə paytaxtı Kabilin “Ariana” tarixi kinoteatrını bağlayıb.

“Report” “Associated Press”ə istinadən xəbər verir ki, bu kinoteatr on illərdir fəaliyyət göstərir.

Bildirilib ki, “Ariana”da Hindistan və ABŞ istehsalı olan aksiyon filmlər nümayiş olunurmuş. “Taliban” hesab edir ki, bu, şəriət normaları ilə ziddiyyət təşkil edir. Ona görə də kinoteatrı bağlayıblar.

“Ariana”nın əməkdaşları işə gəlsələr də, orada əyləncəli filmlərin göstərilməsinə icazə veriləcəyinə inanmırlar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1246 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...