"Ölkə xəstəxanalarında yer yoxdur" - Nikol Paşinyan

"Ölkə xəstəxanalarında yer yoxdur" -
"Koronavirusa yoluxan xəstələrin sayı çoxdur, hospitalda yer yoxdur, Ermənistanın səhiyyə sistemi çox yüklənib".

“Report” “Aysor”a istinadən xəbər verir ki, bu fikirləri Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin noyabrın 4-də keçirilən iclasında bildirib.

“Koronavirusdan hər gün çoxlu sayda insan ölür. Biz hər gün çoxsaylı faciələr qeydə alırıq. Bütün bunlardan xilas olmağın yeganə yolu vaksinasiyadır”, - o vurğulayıb.

N.Paşinyan deyib ki, gələn həftədən Ermənistanda COVID-19-a yoluxanların sayında azalma müşahidə olunacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2190 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...