Ərdoğan G20 sammitinin ən çox “tələb olunan” lideri seçildi

Ərdoğan G20 sammitinin ən çox “tələb olunan” lideri seçildi

İtaliya mətbuatı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı G20 ("Böyük iyirmilik") sammitinin ən çox "tələb olunan" iştirakçısı adlandırıb.

Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, "Corriere della Sera" qəzeti sammit zamanı bir çox liderin Ərdoğanı görmək istədiyini qeyd edib.

"La Verita" qəzetində dərc olunan yazıda isə Rəcəb Tayyib Ərdoğan "G20”nin "qalibi" adlandırılıb. Türkiyə prezidenti üç dəyərləndirilmə ilə bu ada layiq görülüb.

Ərdoğanın önə çıxması ABŞ prezidenti Co Baydenin beynəlxalq və ölkəsindəki siyasi zəifliyi, Çin, Rusiya ikilisinin bu sammitdə iştirak etməməsi və Türkiyənin bəzi kritik məsələlərdə mərkəz olması ilə əlaqələndirilib.

"Affariitaliani" adlı italyan saytı isə "Bu G20 Sammiti Ərdoğan üçün uğurlu oldu. O, əsl qalibdir",- deyə bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1820 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...