Rusiyanın ucuz qaz əvəzinə Moldovadan şok tələbi

Rusiyanın ucuz qaz əvəzinə Moldovadan şok tələbi
“Qazprom” şirkəti Moldovaya Avropa Birliyi ilə azad ticarət haqqında razılaşmanı korrektə etməyi və Brüssellə razılaşdırılan enerji bazarındakı reformları təxirə salmağı təklif edib.

Axar.az xəbər verir ki, bu məlumatı “Faynənşl Tayms” qəzeti öz mənbələrinə istinadən yayıb. Məlumata görə, “Qazprom” bunların qarşılığında Moldovaya qazı daha ucuz satmağı vəd edib:

“Rusiya Moldovadan AB qaydalarının icrasının təxirə salınmasını istəyir. Bu qaydalara əsasən, qaz bazarları və rəqabətin gücləndirilməsinin liberallaşdırılması tələb edilib. Kreml qaz danışıqlarına Maya Sandunun prezident olmasından sonra Moldova ilə daha geniş siyasi nizamlanmanın bir hissəsi kimi baxır”.

Qeyd edək ki, Moskva ilə Moldova arasında qaz böhranı yaşanır. Rusiya Moldova ilə yeni müqavilə imzalamayacağı təqdirdə “Qazprom”un 1 dekabrdan tədarükü dayandıracağı bildirilib. Şirkət Kişinyova qazı bazar qiymətindən 25% ucuz təklif edir, amma bu endirim üçün yeganə şərt olaraq 700 milyonluq borcunun ödənilməsini istəyir.

Kişinyov bu borcun real olmadığını bildirərək, qəbul etmir. Əvəzində Moldova Polşa ilə 1 milyon kub metr həcmində qazın tədarükü ilə bağlı müqavilə imzalayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
527 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...