General Ruslan Alahverdiyev əsgərlərini öz bağında işlətdiyinə görə tutuldu

General Ruslan Alahverdiyev əsgərlərini öz bağında işlətdiyinə görə tutuldu

Rusiya Silahlı Qüvvələrinin mühəndis qoşunlarının rəis müavini, general-mayor Ruslan Alahverdiyev əsgərlərini öz bağında və tanışlarının bağlarında qul kimi işlətdiyi üçün tutulub. virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, general həm də rüşvət almaqda ittiham olunur.

İş materiallarına əsasən general-mayor Alahverdiyev 2019-cu ildən 2021-ci ilə qədər dəfələrlə Moskva və Moskvaətrafında dislokasiya olunmuş hərbi hissələrin komandirlərinə əsgərləri onun və tanışlarının bağ evində işləməyə göndərmək üçün qanunsuz tapşırıqlar verib.

Alahverdiyev avqustun 4-də istintaqa cəlb olunub, daha sonra məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib. Onun işi üzrə başqa fiqurantların da olacağı istisna deyil. Hələlik məlumdur ki, mühəndis qoşunlarının rəisi, general-leytenant Yuri Stavitskinin evində axtarış aparılıb, onun adı işdə şahid qismində keçir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1298 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...