Türkiyə Ukraynayla yeni hərbi müqavilə bağladı

Türkiyə Ukraynayla yeni hərbi müqavilə bağladı
Türkiyə və Ukrayna hərbi sahədə əməkdaşlıq barədə yeni anlaşma imzalayıblar.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, anlaşma üçün “IDEF-2021” beynəlxalq müdafiə sənayesi sərgisi çərçivəsində razılıq əldə olunub.

Bildirilib ki, Türkiyənin “ASELSAN” şirkəti və Ukraynanın “Ukroboronprom” və “Ukrspetseksport” şirkətləri arasında hava hücumundan müdafiə sistemlərinin modernizasiyası ilə bağlı anlaşma imzalanıb.

“Ukroboronprom”un baş direktoru Vadim Nozdria anlaşmanın ölkələr arasında hərbi texnologiyalar sahəsində əməkdaşlığının inkişaf etdirilməsi üçün yeni bir addım olduğunu ifadə edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1320 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...