Türkiyə məktəblərində ənənəvi tədris bərpa olunur

Türkiyə məktəblərində ənənəvi tədris bərpa olunur
“Məktəbləri açıq saxlamaq prioritetdir”.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli təhsil naziri Mahmut Özer söyləyib.

Onun sözlərinə görə, 2021-2022 tədris ili üzrə bütün səviyyə və siniflərdə məktəblər 6 sentyabr tarixində ənənəvi qaydada tədrislə açılacaq.

Nazir bildirib ki, COVID-19 pandemiyası ilə bağlı Səhiyyə Nazirliyi ilə birgə bütün tədbirlər görülüb.

“Müəllimlərə lazımi tədbirlərlə bağlı seminarlar veriləcək. Hazırda məktəbləri açıq saxlamaq bizim prioritetimizdir. Şagirdlərimizi qorumalıyıq”, - o qeyd edib.

M.Özer məktəblilərə PCR test və vaksinlənmə ilə bağlı məcburiyyət olmadığını vurğulayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1172 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...