Əfqanıstanda Ukrayna təyyarəsi qaçırılıb

Əfqanıstanda Ukrayna təyyarəsi qaçırılıb
Əfqanıstanda Ukrayna təyyarəsi naməlum qrup tərəfindən qaçırılıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ukrayna XİN-dən bildirilib.

Məlumata görə, Ukrayna vətəndaşlarının təxliyəsi üçün Əfqanıstanda olan təyyarə naməlum şəxslər tərəfindən qaçırılıb.

“Təyyarə naməlum sərnişinlərlə İran istiqamətində uçub”, - məlumatda qeyd edilib.

Keçən həftə baş vermiş hadisənin necə sonlanması barədə məlumat verilməyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
647 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...