Əhməd Məsud “Taliban“a şərt qoydu: “Ekstremist praktikalarından əl çəksələr...“

Əhməd Məsud “Taliban“a şərt qoydu:

Əfqanıstanın böyük hissəsinə nəzarəti ələ keçirən “Taliban” son müqavimət qalası olaraq bilinən Pəncşir Vadisinə yüzlərlə döyüşçü göndərib.

Yenisabah.az xəbər verir ki, onlar vadinin şimalında güclü müqavimətlə rastlaşıblar. Hətta “Taliban”a qarşı bir araya gələn yerli qoşunlar “son qala” adlandırılan Pəncşir Vadisində daha üç rayonu nəzarətə götürüb.

Qeyd edək ki, bölgədəki qüvvələrin komandanı Əhməd Məsud bazar günü “Taliban”la masa arxasında sülh məqsədilə danışılar apara biləcəyini açıqlayıb. “Lakin bunun üçün "Taliban" ekstremist praktikalarından əl çəkməlidir. Əl çəkməyəcəyi təqdirdə, Əfqanıstan ordusunun və milisin keçmiş üzvləri də daxil olmaqla xüsusi təyinatlılarının döyüşə hazırdır”,-deyə Əhməd Məsud bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
551 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...