Pakistan “Taliban” hakimiyyətini tanıya bilər

Pakistan “Taliban” hakimiyyətini tanıya bilər
Pakistan Əfqanıstanda “Taliban” qruplaşmasının hakimiyyətini tanıya bilər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Pakistanın informasiya və radio yayımı naziri Çaudri Favad Hüseyn danışıb.

Onun sözlərinə görə, Pakistan region ölkələri və dünya gücləri ilə konsultasiyadan sonra “Taliban”ın hakimiyyətini tanıya bilər.

“Pakistanın Əfqanıstanla mövqeyi əvvəlcədən aydındır və bu mövqe dəyişməyib. Biz “Taliban”dan qanunun aliliyinə və əsas insan haqlarına hörmət etməyi gözləyirik”, - nazir əlavə edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
481 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...