Muğlada meşə yanğınları davam edir

Muğlada meşə yanğınları davam edir
Türkiyədə meşə yanğınlar davam edir.

"Report"un Türkiyəyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, hazırda ölkənin Muğla şəhərinin Milas rayonunun Bayırköy və Gürceğiz kəndlərində meşələr yanır.

Yanğınların miqyası genişlənir.

Gürceğiz kəndində bəzi evlər yanıb. Dağlıq ərazidə yerləşən kəndin bəzi yerlərində yanğın lokallaşdırılıb, soyutma işləri aparılır. Buna baxmayaraq, həmin yerlərdə yenidən yağın başlayıb.

Hazırda yanğınsöndürənlər tərəfindən yanğının söndürülməsi itiqamətində işlər görülür. Yanğınların söndürülməsinə helikopterlər də cəlb edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1121 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...