Yunanıstan üzgüçüsündə koronavirus aşkarlanıb - Tokio-2020

Yunanıstan üzgüçüsündə koronavirus aşkarlanıb -

Tokio-2020 Yay Olimpiya Oyunlarında Yunanıstanın sinxron üzgüçülük komandasının üzvlərindən birinin koronavirus testi müsbət nəticə verib.

"Report"un məlumatına görə, Yunanıstan Olimpiya Komitəsi həmin qadın idmançının adını açıqlamayıb. Bildirilib ki, üzgüçü Olimpiya Kəndindən kənardakı xüsusi karantin mehmanxanasında təcrid olunub. Digər idmançıların testi mənfi çıxıb. Onlar Olimpiya Kəndində intensiv nəzarət altında qalacaqlar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
887 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...