Tacikistan Prezidentinin bacısı COVID-19-dan vəfat edib

Tacikistan Prezidentinin bacısı COVID-19-dan vəfat edib
Tacikistan Prezidenti Emomali Rahmonun bacısı Qurbonbi Rahmonova 64 yaşında vəfat edib.

APA-nın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Tacikistan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Tacikistan Səhiyyə Nazirliyindəki mənbənin RİA “Novosti”yə verdiyi xəbərə görə, Emomali Rahmonun bacısı paytaxt Düşənbədə müalicə olunduğu 5 nömrəli klinik xəstəxanada yeni növ koronavirus (COVID-19) infeksiyasından həyatını itirib.

Qurbonbi Rahmonova bu gün dəfn ediləcək.

İyulun 5-də Tacikistan Prezidentinin qaynanası 88 yaşlı Uzbekbi Asadulloeva da koronavirusdan vəfat edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
889 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...