Əfqanıstanda daha 285 terrorçu məhv edildi

Əfqanıstanda daha 285 terrorçu məhv edildi
Əfqanıstanda son sutkada “Taliban” hərəkatının 285 döyüşçüsü zərərsizləşdirilib.

“Qafqazinfo” Əfqanıstan Müdafiə Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, hökumət qüvvələri ilə qarşıdurma zamanı daha 205 “Taliban” üzvü yaralanıb.

Döyüşlər Nanqarhar, Qəzni, Host, Maydan Bardak, Qəndahar, Cauzjan, Sari-Pul, Samanhan, Balh, Qelmand, Tahar və Kabul vilayətlərində gedib.

Nazirlik, həmçinin qeyd edir ki, “Taliban” nümayəndələri ən çox itkini ölkənin şimal-qərbindəki Cauzjan vilayətində veriblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
638 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...