İraqda 2 terrorçu məhv edildi

İraqda 2 terrorçu məhv edildi

Türkiyənin Hərbi Hava Qüvvələri İraqın şimalında, Qara ərazisində PKK-nın iki terrorçusunu zərərsizləşdirib.

Gundeminfo.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin xəbərində deyilir.

"Türkiyə İraqın şimalında terrorçuların mövqelərinə effektiv zərbələr endirməyə davam edir. Türkiyənin Hərbi Hava Qüvvələri uğurlu hava əməliyyatı nəticəsində Qara ərazisində PKK-nın iki terrorçusunu zərərsizləşdirib", - xəbərdə deyilir.

PKK silahlılarının obyektlərinə hücumlar Pençe Şimşek əməliyyatının davam etdiyi Metin bölgəsində olub.

Qeyd edək ki, PKK terrorçuları Türkiyədə bir sıra qanlı terror aktları həyata keçiriblər.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
465 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...