İsveçdə təyyarə qəzası - FOTO

İsveçdə təyyarə qəzası -

İsveçin Erebru şəhəri yaxınlığında göyərtəsində 9 nəfərin olduğu təyyarə havaya qalxdıqdan sonra qəzaya uğrayıb.

Gundeminfo.az xəbər verir ki, bu barədə “Aftonbladet” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, aviaqəza zamanı təyyarədə səkkiz nəfər paraşütçü və bir pilot olub. Qəzet polis və təcili tibbi yardım xidmətinə istinadən xəbər verir ki, hadisə nəticəsində bir neçə nəfər ölüb, azı bir nəfər isə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, təyyarə uçuş-eniş zolağından bir neçə yüz metr aralıda yerə düşərək alışıb. Hazırda yanğın söndürülüb, hadisə yerinə xilasedicilər, həkimlər və polis cəlb olunub.



İsveçdə təyyarə qəzası -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
520 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...