Türkiyənin daha 3 vilayətində “Delta plus” ştammı aşkarlandı

Türkiyənin daha 3 vilayətində “Delta plus” ştammı aşkarlandı

Türkiyənin 3 vilayətində COVID-19-un “Delta plus” ştammına yoluxma qeydə alınıb.

Gundeminfo.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

Nazir bildirib ki, fərqli bölgələrdə yaşayan 3 nəfərdə “Delta plus” ştammı aşkarlanıb. Onun sözlərinə görə, yoluxma hallarından biri İstanbulda qeydə alınıb.

F.Qoca yoluxan şəxslərin vəziyyətinin yaxşı olduğunu bildirib.

"”Delta” ştammına yoluxma sayı artır. "Delta" ştammına yoluxma sayı aşkarlanan vilayətlərin sayı 30-a çatıb. İndiyədək 284 nəfər bu ştamma yoluxub", - deyə nazir əlavə edib. (medicina.az)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1001 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...