KTMT Ermənistan-Azərbaycan sərhədində baş verənlərə qarışmayacaq - Baş katib

KTMT Ermənistan-Azərbaycan sərhədində baş verənlərə qarışmayacaq -
Ermənistanın cənubunda Azərbaycanla yeni sərhədlərin müəyyənləşdirilməsi ilə əlaqədar vəziyyətin kəskinləşməsi "sərhədyanı insident"dir və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) kollektiv müdafiə barədə nizamnaməsinin müddəalarına uyğun deyil.

Modern.az-ın məlumatına görə, bunu KTMT-nin baş katibi Stanislav Zas deyib. O bildirib ki, KTMT-nin potensialı yalnız aqressiya, hücum halında istifadə oluna bilər:

"Burada isə biz sərhədyanı insidentlə üz-üzəyik, Atışma yoxdur, qurbanlar olmayıb, eskalasiya müşahidə olunmur. Bu, sərhədyanı insidentdir və onu həll etmək lazımdır. Biz dinc yolla həllin tərəfdarıyıq".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1183 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...