Ermənistanda açıq havada maska taxmaq tələbi ləğv edilib

Ermənistanda açıq havada maska taxmaq tələbi ləğv edilib

Ermənistanın Səhiyyə Nazirliyi açıq havada maska taxmaq tələbini ləğv edib.

Gundeminfo.az “Sputnik Armeniya” agentliyinə istinadən xəbər verir ki, iyulun 1-dən etibarən peyvənd olunmamış şəxslərdən yalnız qapalı məkanlarda maska taxmaq tələb olunacaq.

Peyvənd olunmuş vətəndaşlar isə həm açıq, həm də qapalı məkanlarda maska taxmaya bilərlər.

Qeyd olunub ki, “Armed E-Health” sistemində qeydiyyatdan keçmiş peyvəndlərin hər iki dozası ilə vaksinasiya olunmuş və QR kodu olan Ermənistan vətəndaşları aşılanmış hesab olunur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
682 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...