NATO-nun xüsusi nümayəndəsi Gürcüstanda

NATO-nun xüsusi nümayəndəsi

NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Gürcüstana səfəri başlayıb.

Gundeminfo.az xəbər verir ki, o, üçgünlük səfər çərçivəsində bir sıra görüşlər keçirəcək.

Alyans rəsmisinin Gürcüstan prezidenti Salome Zurabişvili və baş nazir İrakli Qaribaşvili ilə də görüşü planlaşdırılıb.

C.Appaturay jurnalistlərə açıqlamasında bildirib ki, Gürcüstana səfəri NATO-nun xüsusi nümayəndəsi kimi son səfəridir: “Səfərimin məqsədi Gürcüstanın NATO ilə yaxınlaşmasına bir daha töhfə verməkdir”.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
428 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...