Co Bayden Vladimir Putinə qarşı münasibətindən danışıb

Co Bayden Vladimir Putinə qarşı münasibətindən danışıb

ABŞ prezidenti Co Bayden Rusiya lideri Vladimir Putini ləyaqətli rəqib, ağıllı və sərt siyasətçi hesab edir.

Gundeminfo TASS-a istinadən xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə NATO sammitinin başa çatmasından sonra Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.

"Mən artıq onunla görüşmüşəm. O ağıllı, sərt və deyərdim ki, ləyaqətli rəqibdir", - Bayden deyib.

ABŞ prezidenti Putini qatil hesab etməkdə davam etməsi barədə suala birbaşa cavabdan yayınıb.

Bayden Cenevrədə keçiriləcək görüşdə Putinə ABŞ-Rusiya arasında mümkün əməkdaşlıq sahələrini izah etmək niyyətindədir.

"Mən prezident Putinə hansı sahələrdə əməkdaşlıq edə biləcəyimizi izah etməyə hazırlaşıram", - Ağ Ev rəhbəri əlavə edib. O, qeyd edib ki, Cenevrədəki sammit "kritik əhəmiyyətli görüş" olacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
894 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...