Rusiya daha 8 ölkə ilə uçuşları bərpa edir

Rusiya daha 8 ölkə ilə uçuşları bərpa edir

İyunun 10-dan etibarən Rusiya bir sıra ölkələrlə keçən il koronavirus infeksiyasına görə dayandırılmış uçuşları bərpa edir.

Gundeminfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya daşıyıcıları Avstriya, Macarıstan, Livan, Lüksemburq, Mavriki, Mərakeş, Xorvatiyaya birbaşa müntəzəm uçuşlar həyata keçirə biləcəklər. Albaniya ilə çarter uçuşları da mümkündür. Qərar koronavirus infeksiyası ilə mübarizə üzrə operativ qərargah tərəfindən verilib.

Artıq Rusiyadan Azərbaycana, Ermənistan, Belarus, Hindistan, İslandiya, Qazaxıstan, Meksika, Portuqaliya, Səudiyyə Ərəbistanı, Vyetnam, Venesuela, Yunanıstan, Almaniya, Sinqapur, Serbiya, Efiopiya, Qətər, Qırğızıstan, Cənubi Koreya, Misir, BƏƏ, İsveçrə, Şri Lanka, Özbəkistan, Finlandiya, Yaponiya, Maldiv adalari, Malta, Kuba, Seyşelə beynəlxalq uçuşlar bərpa edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1053 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...