Əfqanıstanda mina axtaran təşkilatın 10 əməkdaşı qətlə yetirildi

Əfqanıstanda mina axtaran təşkilatın 10 əməkdaşı qətlə yetirildi

Əfqanıstanda minaların təmizlənməsi ilə məşğul olan Britaniya-Amerika qeyri-kommersiya təşkilatı “HALO Trust”ın 10 əməkdaşı qətlə yetirilib. Bu barədə yerli “1TV” telekanalı məlumat verib. Telekanalın məlumatına görə, hücum Əfqanıstanın şimal-şərqindəki Bəğlan vilayətində baş verib. Silahlı hücum nəticəsində daha 14 nəfər yaralanıb.

Rəsmilər hücumun “Taliban” hərəkatı tərəfindən həyata keçirildiyini bildiriblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
628 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...