“Paşinyan həyatımızdan tamamilə çıxmalıdır” - Abrahamyan

“Paşinyan həyatımızdan tamamilə çıxmalıdır”  - Abrahamyan

“Ermənistanın Baş Naziri vəzifəsini icra edən Nikol Paşinyan Dağlıq Qarabağ müharibəsindəki məğlubiyyətimizdən qürur duyduğunu elan edərək mövqeyini göstərdi. Bu ifadə onun vəzifəsinin siyasi, hüquqi və mənəvi baxımdan son səhifəsi olmalıdır”.

Bu sözləri Ermənistanda 20 iyunda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək "Şərəfim var" blokunun seçki siyahısında olan analitiki Tiqran Abrahamyan deyib.

“İnanıram ki, bu bəyanatda erməni cəmiyyətinin bütün qrupları Nikol Paşinyan obrazının əsl missiyası və müharibədəki uğursuzluğumuzun səbəbləri barədə dəqiq məlumat aldılar. Qeyri-mümkün görünən bu vəziyyətdə belə Ermənistan və “Dağlıq Qarabağ Respublikasının” dirçəliş imkanı var. Buna nail olmaq üçün Paşinyan həyatımızdan tamamilə çıxmalıdır”,-deyə o əlavə edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
723 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...